Kanada və Fransa Qrenlandiyada konsulluqlar açdı
Kanada və Fransa Qrenlandiyada konsulluqlar açdı

Kanada və Fransa Qrenlandiyada konsulluqlar açdı, – bu barədə “CNN” xəbər verir.

Kanadanın xarici işlər naziri Anita Anand Nuuk şəhərində rəsmi olaraq ölkənin konsulluğunu açdı.

“Bu gün bayrağın ucaldılması və konsulluğun rəsmi açılışı o mənaya gəlir ki, biz bir çox məsələlərdə Qrenlandiya və Danimarka xalqının yanında olacağıq”, – Anand bildirib.

Fransa Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Jan-Noel Puari Qrenlandiya ilə mədəni, elmi və iqtisadi sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə, həmçinin yerli hakimiyyət orqanları ilə siyasi əlaqələrin gücləndirilməsinə cavabdeh olacaq.

Bununla yanaşı, “CNN”in xəbər verdiyinə görə, Fransa Qrenlandiyada baş konsulluq açan ilk Avropa İttifaqı üzvü ölkəsidir.