Kanada Müdafiə Nazirliyinin məlumatına görə, Ottava Kiyevə 35 milyon Kanada dolları dəyərində hərbi yardım göstərəcək
Kanada Ukraynaya 35 milyon Kanada dolları dəyərində hərbi yardım göstərəcək.
Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayır.
Bundan əvvəl Kanada müdafiə naziri Devid Makqinti Ukraynaya hərbi yardım məsələsinin müzakirə olunduğu Ukrayna Müdafiə Əlaqə Qrupunun 28-ci iclasında iştirak edib.
İclasda Kanadanın müdafiə naziri ölkəsinin Ukraynaya 35 milyon Kanada dolları dəyərində hərbi yardım göstərəcəyini qeyd edib.
Bu məbləğin 30 milyon dolları zirehli texnikanın, həmçinin Kanada şirkətləri tərəfindən istehsal olunan yeni avadanlıq və döyüş sursatının alınmasına xərclənəcək.
Bu, Kanadanın 2024-cü ilin dekabrında Ukraynaya verdiyi 64 zirehli texnikaya əlavə olunacaq.