Kanada Baş Naziri – Geosiyasi nöqteyi-nəzərdən Çin ən böyük təhlükədir

11:53, 19.04.2025

Geosiyasi nöqteyi-nəzərdən Çin ən böyük təhlükədir, – bu barədə Kanadanın baş naziri Mark Karni bildirib.

Kanadanın baş nazirinə jurnalistlər Kanadanın təhlükəsizliyinə ən böyük təhlükənin adını çəkməyi xahiş etdilər və Karni bunun Çin olduğunu dedi.

Bununla yanaşı, Karni Çini Rusiya ilə tərəfdaşlığına görə tənqid edib və bunun bütün Asiya, xüsusilə də Tayvan üçün təhlükəli olduğunu bildirib.

“Geosiyasi nöqteyi-nəzərdən Çin ən böyük təhlükədir. Biz onu aradan qaldırmaq üçün addımlar atırıq”, – Karni qeyd edib.

nun dediyinə görə, ABŞ prezidenti Donald Trampın xarici siyasəti Kanada üçün təhlükə yaradır.

“Birləşmiş Ştatlar bizim torpağımızı, resurslarımızı, suyumuzu, ölkəmizi istəyir. Bu rüsumlar və təhdid vasitəsilə prezident Donald Tramp bizi məhv etməyə çalışır ki, Amerika bizi ələ keçirsin”, – Karni bildirib.

Oxşar