Kanada ABŞ-ın rüsumlarına cavab olaraq 20 milyard dollar dəyərində amerikan məhsuluna 25%-lik vergi tətbiq edir

19:05, 12.03.2025

Kanada ABŞ-ın rüsumlarına cavab olaraq, idman avadanlığı, kompüterlər və çuqun məhsulu da daxil olmaqla 20 milyard dollarlıq amerikan məhsuluna 25%-lik vergi tətbiq edir.

Qeyd etmək lazımdır ki, Kanada Amerikanın ən böyük polad və alüminium məhsulları ixracatçısıdır.

Kanadanın maliyyə nazirinin bildirdiyinə görə, rüsumlar martın 13-dən qüvvəyə minəcək.

Bu gündən etibarən isə Vaşinqtonun Kanada, Meksika, Braziliya və Cənubi Koreyaya tətbiq etdiyi 25%-lik amerikan rüsumları qüvvəyə minib.

Oxşar