Kamala Harris ABŞ prezidentliyinə yenidən namizədliyini irəli sürəcəyini istisna etmir
ABŞ-ın keçmiş vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris yenidən prezidentliyə namizəd ola biləcəyini bildirib.
Bu barədə Kamala Harris „BBC“yə müsahibəsində bildirib.
Kamala Harris nə vaxtsa prezident ola biləcəyini istisna etmir və o, gələcəkdə Ağ Evdə qadının olacağına da əmindir.
Harris bildirir ki, hələ qərar verməyib, lakin qeyd edir ki, gələcəkdə özünü yenidən siyasətdə görür.
Müsahibə zamanı Harris Donald Trampı tiran adlandırıb və 2024-cü ilin prezident seçkiləri kampaniyası zamanı Trampa qarşı səsləndirilən bəyanatların doğru olduğunu bildirib.
Xatırladaq ki, 2024-cü ilin ABŞ prezident seçkilərində prezidentliyə namizədlər Donald Tramp və Kamala Harris olub.