Kaliforniyada vertolyot evə düşüb - ölənlər var
Kaliforniyada vertolyot evə düşüb - ölənlər var

ABŞ-ın Kaliforniya ştatının Nyuport Biç şəhərində vertolyot yaşayış evinə düşüb.

Yerli mətbuatın məlumatına görə, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Onlardan 4-ü mülki vertolyotun göyərtisində olub, digəri isə qəza vaxtı yoldan keçən piyada olub.

Qəzaya nəyin səbəb olması hələlik məlum deyil.

Hadisə yerində xilasedicilər işləyirlər.