Kaliforniyada Meymun Çiçəyinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
Pox virus, illustration. Pox viruses are oval shaped and have double-strand DNA. There are many types of Pox virus including Chickenpox, Monkeypox and Smallpox. Smallpox was eradicated in the 1970's. Infection occurs because of contact with contaminated animals or people and results in a rash or small bumps on the skin.
Kaliforniyada Meymun Çiçəyinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Kaliforniya Nyu Yorkdan sonra yerli hakimiyyətin oxşar addım atmağa qərar verdiyi ikinci ştatdır.
Kaliforniya qubernatoru Qevin Nyusom fövqəladə vəziyyətin məqsədinin infeksiyaya qarşı mübarizəni gücləndirmək olduğunu bildirib.
Qeyd edildiyi üzrə, fövqəladə vəziyyət rejimi yerli hökumət tərəfindən xəstəliyin yayılmasının qarşısını almaq üçün zəruri ölçülərin götürülməsinə kömək edəcək. O cümlədən daha çox peyvənd istehsal etmək və vətəndaşlar üçün açıqlama verilməsi planlaşdırılır.
Mövcud məlumatlara görə, Kaliforniya Meymun Çiçəyi əleyhinə artıq 61 000 doza vaksini alıb. 25 min insan peyvənd olunub.
Meymun Çiçəyinə ən çox yoluxma halı ABŞ -da qeydə alınıb. Xəstəliyin yayılması ilə əlaqədar Nyu-York və Kaliforniya ştatlarından başqa, San Fransisko şəhərində də fövqəladə vəziyyət elan edilib.