Kaliforniyada fırtına nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələri üç nəfərin həyatına son qoyub
Kaliforniyada fırtına nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələri üç nəfərin həyatına son qoyub. Bu barədə “BBC” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayır.
Sinoptiklərin proqnozuna görə bu gün də davam edəcək güclü fırtına Kaliforniya ştatında bol yağıntıya səbəb olub. Təbii fəlakət səbəbindən əhalinin bir hissəsinin təxliyəsi zəruri olub, avtomobil hərəkəti isə müvəqqəti dayandırılıb. Vətəndaşların bir qismi fırtına zamanı öz avtomobillərində bloklanmış vəziyyətdə qalıb və onların xilas edilməsi xilasedicilər tərəfindən həyata keçirilib. Kaliforniya qubernatoru ştatda fövqəladə vəziyyət elan edib. Təbii fəlakət nəticəsində 10 min insan elektirk enerjisiz qalıb.