Kala Kubokunun yarışı başlayıb#1TVSPORT
Kala Kubokunun yarışı başlayıb#1TVSPORT

Diğomi kəndinin stadionunda Kala Kubokunun yarışı başlayıb və bu turnir 25 sentyabrda başa çatacaq. Turnirdə Tbilisinin bütün on rayonunun komandası iştirak edir.

İki qrupda beş-beş komanda var, oyunlar Master Liqa qaydalarına əsasən keçirilir – matçlara peşəkar hakimlər nəzarət edir.

Gürcü futbolu tarixində seçilən futbolçulardan birinin adını daşıyan turnirin təsis olunmasına sabiq futbolçu Şota Cişkariani və onun dostları qərar veriblər. Layihənin məqsədi sağlam həyat tərzinin təbliği və idmana daha çox insanın cəlb olunmasıdır.

Oyunların keçirildiyi stadion altı ay əvvəl istirahət zonasında tikilib.

Kala kuboku bu il ilk dəfə keçirilir, lakin təşkilatçının sözlərinə görə, bu, hər il artan layihə olacaq.