Kaxetidə qəsdən adam öldürmə faktı üzrə bir şəxs saxlanılıb

11:13, 09.01.2026

Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə əvvəllər məhkum olunmuş, 1974-cü il təvəllüdlü L.Ç.-nı  saxlayıblar. DİN məlumat yayır.

Qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Ğvareli bələdiyyəsində baş vermiş mübahisə zəminində soyuq silahdan istifadə edərək 1977-ci il təvəllüdlü N.A.-ya ölümcül xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxs cinayətin törədilməsindən bir neçə saat sonra “isti izlər”lə həbs edilib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır, bu da 15 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur”, – deyə DİN-in məlumatında qeyd olunub.

 

Oxşar