Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsi və Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları müxtəlif vaxtlarda həyata keçirdikləri birgə əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, tərkibində xüsusilə külli miqdarda narkotik vasitə olan bitkinin qanunsuz olaraq əkib-becərilməsi, külli və xüsusilə külli miqdarda narkotik vasitə olan “marixuana” əldə etmək və saxlamaq ittihamı ilə 1964-cü il təvəllüdlü X. X., 1982-ci il təvəllüdlü T. M. və keçmişdə məhkum olunmuş 1985-ci il təvəllüdlü A.N. həbs ediblər.
Cinayətlər 12 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik ittihamı ilə həbs edilən şəxslərin evlərindən və xüsusi ilə təşkil olunmuş parniklərindən sübut kimi külli miqdarda narkotik vasitə olan “qurudulmuş marixuana” götürüblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 265 əlavə və 273-cü əlavə maddələri ilə istintaq aparılır.
Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayır.