Kaxeti polisi ağac bitkilərinin qanunsuz kəsilməsi ittihamı ilə bir nəfəri saxlayıb
Kaxeti polisi ağac bitkilərinin qanunsuz kəsilməsi ittihamı ilə bir nəfəri saxlayıb

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Laqodexi Rayon Şöbəsinin əməkdaşları qanunsuz ağac kəsmə ittihamı ilə 1976-cı il təvəllüdlü L.B.-nı saxlayıblar. DİN məlumat yayır.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Laqodexi bələdiyyəsinin Qurqeniani kəndində yerləşən qorunan ərazidə palıd və qöyrüşü növü ağacları qanunsuz olaraq kəsib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən istintaq tədbirləri nəticəsində L.B. şübhəli şəxs qismində saxlanılıb. Qanunsuz yığılmış ağac kötüklər maddi sübut kimi götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 303-cü maddəsinin 1-ci hissəsi ilə aparılır, bu maddə üç ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur”, – DİN-in məlumatında qeyd olunur.