Kaxa Kaladze - Həmvətənlərimizi, Qurban bayramını qeyd edən hər kəsi bu bayram münasibətilə təbrik edirəm, qarşılıqlı hörmətin, insan sevgisinin və həmrəyliyin nə dini, nə də milliyyəti var
Tbilisi meri Kaxa Kaladze Qurban bayramını qeyd edən hər kəsi təbrik edir.
Kaxa Kaladzenin sosial şəbəkədə yazdığı kimi, qarşılıqlı hörmətin, insan sevgisinin və həmrəyliyin nə dini, nə də milliyyəti var.
” Həmvətənlərimizi, Qurban bayramını qeyd edən hər kəsi bu bayram münasibətilə təbrik edirəm. Qurban bayramı başqa ölkələrdə yaşayan müsəlmanlar kimi Gürcüstanda da xüsusi məhəbbətlə qeyd olunan xeyirxahlıq, birlik və dostluq rəmzidir. Qarşılıqlı hörmətin, insan sevgisinin və həmrəyliyin nə dini, nə də milliyyəti var. Bu, əsrlərdir bizə miras qalmış sülh və mədəni birgəyaşayışda özünü göstərir. Sizi təbrik edir və sizə firavanlıq, xeyirxahlıq və sevgi arzulayıram!” – Kaxa Kaladze yazır.