Kaxa Kaladze - Tbilisi merliyi həyatımın ən önəmli və ən məsuliyyətli vəzifəsidir
Kaxa Kaladze - Tbilisi merliyi həyatımın ən önəmli və ən məsuliyyətli vəzifəsidir

“Üzərimə bu qədər məsuliyyət götürüb, böyük tarixi olan bu möhtəşəm şəhərin meri olmaq mənim üçün asan deyildi”, – bu sözləri paytaxtın meri Kaxa Kaladze Tbilisi Sakrebulosunda fəaliyyətinin bir illik hesabatını təqdim edərkən  dedi.

Onun dediyinə görə, son bir il ərzində o hər zaman siyasi dəstənin dəstəyini hiss edirdi.

Tbilisi meri Sakrebulo üzvlərinə və Tbilisililərə ona dəstək və motivasiya verdikləri üçün təşəkkür etdi.

“Bilirsiniz ki, bizim seçki qabağı sloqanımız həyat dolu şəhər idi və əsas məqsədimiz şəhəri və şəhər sakinlərini narahat edən problemlərin həlli idi. Yəqin ki, bir çox Tbilisililər 2018-ci ilin yeni layihələrini və birgə çalışmalarımızın nəticələrini gördü.

Düşünürəm ki, 2018-ci il olduqca müvəffəqiyyətli idi” – dedi paytaxtın meri.