Kaxa Kaladze paytaxtın Şəhər Məclisinin proporsional seçki siyahısını təqdim etdi
Paytaxtın meri Kaxa Kaladze ictimaiyyətə Tbilisi Şəhər Məclisinin proporsional siyahısını təqdim etdi.
Kaxa Kaladzenin bu gün keçirilən təqdimatda qeyd etdiyinə görə, uğurlu, işgüzar və təcrübəli komanda Tbilisiyə və tbilislilərə xidmət etməyə hazırdır.
“Qarşımızda paytaxtın qarşısında duran bir sıra çağırışlar var. Bunun üçün isə Şəhər Məclisi peşəkar, vətənpərvər və şəhəri sevən insanlarla komplektləşdirilməlidir ki, onlar vətəndaşlarımızın səsini konkret qərarlara çevirsinlər. Düşünürəm, hamı mənimlə razılaşacaq ki, hər birini təcrübə, peşəkarlıq və ən əsası bu şəhər qarşısında məsuliyyət fərqləndirir. Bu gün burada təqdim olunan uğurlu, işgüzar və təcrübəli komanda Tbilisiyə və tbilislilərə xidmət etməyə hazırdır,” – deyə Kaxa Kaladze bildirib.
Paytaxtın meri çıxışı zamanı bu illər ərzində göstərdikləri etimada görə əhaliyə təşəkkür edib.
“Biz Tbilisini daha da çox imkanlara sahib bir şəhər etməyə hazırıq. Bunun üçün isə ilk növbədə uzunmüddətli sülh və inkişaf, eləcə də başlanmış islahatların davam etdirilməsi və onların başa çatdırılması lazımdır. “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası Gürcüstanda bu vədi vicdanla yerinə yetirəcək yeganə siyasi qüvvədir.
Əziz tbilisililər, illər ərzində göstərdiyiniz etimada görə sizə təşəkkür edirəm, bunu çox qiymətləndirir və qoruyuram. İnanın ki, bizim əsas prioritetimiz sizin maraqlarınızın qorunması və gözəl Tbilisimizin inkişafı olub, hal-hazırda da var və bundan sonra da olacaq. Dostlar, qarşıda yerli özünüidarəetmə seçkiləri var, hər birinizin dəstəyi vacibdir. Yadda saxlayın, sizin səsiniz Tbilisinin gələcəyi üçün önəmlidir! Yaşasın Tbilisi! Yaşasın Gürcüstan! Yaşasın bizim qələbəmiz! ”- Kaxa Kaladze bildirib.
„Gürcü Arzusu – Demokratik Gürcüstan“ partiya siyahısına gəlincə, o, belə tərtib olunub:
1. Şalva Sutiaşvili
2. Tinatin Nibloşvili
3. Beka Davituliani
4. Quram Nikolaşvili
5. Nikoloz Kaxetelidze
6. Nino Vardosanidze
7. Avtandil Tsintsadze
8. Konstantin Zarnadze
9. Beka Odişaria
10. Otar Çrdileli
11. Qiorqi Xurodze
12. Kaxa Beradze
13. Levan Arveladze
14. Levan Abaşidze
15. Aleksandre Mukataridze
16. Nodar Bokeria
17. Mariam Qriqolişvili
18. Luka Dzadzamia
19. Ketevan Çavçanidze
20. Lali Kolomikov