Kaxa Kaladze - Ölkədə ifadə və söz azadlığı ən yüksək səviyyədə qorunur
Kaxa Kaladze - Ölkədə ifadə və söz azadlığı ən yüksək səviyyədə qorunur

 
Ölkədə ifadə və söz azadlığı ən yüksək səviyyədə qorunur, mən şəxsən bunu təqdir edirəm. Bu gün əksinədir, hakimiyyəti bullinqə məruz qoyurlar, hakimiyyətə qarşı müəyyən çirkablardan istifadə edilir və bu istiqamətdə çoxlu nümunələr çəkə bilərik – bu haqda hakimiyyət tərəfindən fiziki zorakılıqdan azad olmanın 11 illik irəliləyişi ilə Gürcüstanın üçüncü yerə yüksəlməsi barədə sual verilmiş Tbilisinin meri Kaxa Kaladze mediaya danışarkən deyib.

Tbilisinin meri bildirib ki, əvvəlki hakimiyyətlə müqayisədə Gürcüstanın indiki hakimiyyəti bu istiqamətdə böyük irəliləyişə və radikal şəkildə fərqli dəst-xəttə malikdir.

“Bu mühümdür və real olaraq irəliləyişi görən təşkilatların olmasını, bütün bunları təqdir edirəm. İllər yadımızdadır, keçmişə qayıdıb keçmişdən danışmağı sevmirəm, lakin müqayisə etmək üçün ölkədə baş verənləri yada salmaq, danışmaq və sonra bugünkü vəziyyətimizlə paralel aparmaq mühümdür. Bizdə radikal şəkildə dəyişmiş və fərqli vəziyyət var, Gürcüstanın bugünkü hakimiyyəti radikal şəkildə fərqli dəst-xəttə malikdir və əlbətdə, bu münasibət gələcəkdə də davam edəcək. Bizim üçün insanlar və insan hüquqları başlanğıc nöqtəsidir. Kiminsə fərqli fikri ola bilər, hərçənd onun buna hüququ var. Sözügedən təşkilatlar tərəfindən düzgün qiymət verildiyinə çox şadam” – Kaxa Kaladze bildirib.

Qlobal demokratiyanın beynəlxalq qiymətləndirici təşkilatı “Demokratiyanın müxtəlifliyi” tərəfindən dərc edilən hakimiyyət tərəfindən fiziki zorakılıqdan azad olmanın indeksinə əsasən, Gürcüstanın illik qiymətləndirməsi yaxşılaşıb və 100%-lik qiymətləndirmə sistemi ilə 90,3%-ə layiq görülüb.