Kaxa kaladze - metro ki, bu gün işləmir, öz həmvətəndaşlarına qarşı şantaj kimi dəyərləndirilə bilinər
Mən, 24000-dən artıq əməkdaş və paytaxtda yaşayan milyon yarım əhali qarşısında, Tbilisi meri kimi, tam məsuliyytlə bəyan edirəm yol vermərəm ki, Tbilisi əhalisi şantaj və müəyyənləşirilməmiş, tamamilə sübut olunmamış ultimatumlara görə zərər görsün, – bu barədə Tbilisi meri, Kaxa Kaladze bəyan etdi.
“O ki, metrostansiyalar işləmir və sərnişinlərin daşınmasına xidmət göstərmir, öz həmvətəndaşlarına qarşı şantaj kimi dəyərləndirilə bilinər.
Mən dəfələrlə demişəm və bir daha təkrar edəcəm, Tbilisi munisipalitetində 24 mindən artıq insan işlə təmin olunub. Onların hər birinin işi məsuliyyətlidir. Yolverilməzdir ki, şantaj əsasında Meriya ədalətsiz qərar qəbul etsin. Başqa təqdirdə mən, uşaq bağçalarının pedaqoqları, təcili tibbi yardım briqadaları, təmizləmə xidməti əməkdaşları və başqaları qarşısında düzgün olmayacam”, – Kaxa Kaladze bəyan etdi.
Metro maşinistləri bu gün səhərdən tətil etdilər. Tətilə görə metro bağlıdır. Birinci Kanalın jurnalistinin məlumatına görə, əhali “Stansiya Meydanı” metrostansiyasında, səhər saat 06:00-da, metro girişində “metro bağlıdır, xahiş edirik avtobusdan istifadə edəsiniz. Avtobuslar sizə pulsuz xidmət göstərəcəklər” yazısı ilə qarşılaşdı.
Metro maşinistləri Qldani deposu ərazisində aksiya keçirirlər.