Kaxa Kaladze -Kiminsə fərqli siyasi baxışı ola bilər, amma gedib bir-birimizin üzünü-gözünü dağıtmaq, bannerləri cırmaq — bunun nə demokratiya, nə də Avropa ilə heç bir əlaqəsi yoxdur
Kiminsə fərqli siyasi baxışı ola bilər, amma gedib bir-birimizin üzünü-gözünü dağıtmaq, bannerləri cırmaq — bunun nə demokratiya, nə də Avropa ilə heç bir əlaqəsi yoxdur, – O, bu barədə “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının Tbilisi seçki qərargahı qarşısında planlaşdırılan etiraz aksiyaları ilə bağlı ünvanlanmış sualı cavablandırarkən bildirib.
Kaxa Kaladze hər kəsə reallığa baxmağı məsləhət görür.
“Hər gün toplaşırlar, bir-birilə görüşür, danışır və söyüş söyürlər. Yəqin ki, sabah da toplaşacaqlar. Mən orada dayanan hər kəsə, istər fərqli fikrə sahib insanlara reallığa baxmağı arzu edirəm. Ola bilər, kimsə başqa şeyləri bəyənir, başqa siyasi baxışlara malikdir, amma gedib bir-birimizin üzünü gözünü dağıtmaq, söymək, bannerləri cırmaq, seçki kampaniyasına mane olmaq — bunların demokratiya və Avropa ilə heç bir əlaqəsi yoxdur. Bu qaranlıqdır”. – Kaxa Kaladze bildirib.