Kaxa Kaladze - İstənilən şirkət, o cümlədən sanksiya tətbiq olunmayan rus şirkəti ölkəyə daxil ola və bizneslə məşğul ola bilər
İstənilən şirkət, o cümlədən sanksiya tətbiq olunmayan rus şirkəti ölkəyə daxil ola və bizneslə məşğul ola bilər – bu haqda Tbilisinin meri Kaxa Kaladze jurnalistlərə rus biznes şirkətlərinin Gürcüstana daxil olması ilə əlaqədar deyib.
O, ölkədəki strateji obyektlərin illər əvvəl rus şirkətlərinə özgəninkiləşdirildiyini bildirib.
“Bu növbəti spekulyasiyadır. Biz, əlbətdə, sanksiyalara qoşulmuruq və bununla əlaqədar tamamilə açıq danışmışıq. Gürcüstanın qapısı turistlər, eləcə də biznes üçün açıqdır. İstənilən insan, şirkət, o cümlədən sanksiya tətbiq olunmayan rus şirkəti ölkəyə daxil ola, bizneslə məşğul ola, insanları işə götürə bilər. Mən bununla bağlı heç bir problem görmürəm. Buradaca, ədalətli olsaydınız, xatırladacağam ki, illər əvvəl ölkədəki strateji obyektlər rus şirkətlərinə, adi şirkətlərə deyil, həm də rus dövlət şirkətlərinə özgəninkiləşdirilib” – Kaxa Kaladze bildirib.