Kaxa Kaladze - İnşaat koefisientlərinin artırılması və KA-2 koefisientlərin satılması dayandırılacaq
İnşaatla bağlı koefisientlərin artırılması və KA-2 koefisientlərinin satılması dayandırılacaq, – bu barədə bəyanatı Tbilisi meri verdi.
Onun dediyinə görə, 2005-ci ildən qalan praktika Tbilisi meriyası və Sakrebulo əksəriyyətinin qərarı ilə aradan qaldırılacaq.
“Yeni requlyasiyalar indiyə qədər verilən bütün icazələrə toxunacaq. İllər ərzində koefisientlərin artırılma praktikası şəhərin çirkinləşdirilməsinə və xaotik inşaatalara gətirib çıxartdı. Ona görə də qərar verdik ki, KA-2 koefisientləri ilə manipulyasiyaları dayandıraq” – dedi Kaladze.
Kaxa Kaladze bu məsələ ilə bağlı konsultasiyalarda iştirak edən sahə mütəxəssislərinə və xüsusi ilə də inşaat sektorunun nümayəndələrinə təşəkkür etdi.
“Əslində şəhərdə mövcud olan inşaat xaosu, inşaat sektorunun biznesi üçün də problemlər yaradırdı” – dedi Kaladze.