Kaxa Kaladze - Hücumlar, bullinq, adi faşistlərdir, azad vətəndaşın “Gürcü Arzusu”nun nümayəndəsinin yanına getdiyini görmüsünüzmü? Hamısı radikal qruplaşmanın nümayəndəsidir
Siyasətçilərə hücumlar, bullinq, adi faşistlərdir, bu ölkənin azad vətəndaşının “Gürcü Arzusu”nun nümayəndəsinin yanına getdiyini görmüsünüzmü? Hamısı radikal qruplaşmanın nümayəndəsidir – paytaxt meri Kaxa Kaladze “Gürcü Arzusu”nun üzvü Davit Matikaşviliyə hücumu belə qiymətləndirib.
O, siyasətçilərə qarşı oxşar hücumların radikal qruplaşmaların üzvləri tərəfindən həyata keçirildiyini bildirib.
“Bu insanların etdikləri faşizmdir. Bu ölkənin müxalifət partiyası, qeyri-hökumət təşkilatları ilə əlaqəsi olmayan azad vətəndaşının “Gürcü Arzusu”nun nümayəndəsinin yanına getdiyini görmüsünüzmü? Belə bir şey yoxdur. Hamısı radikal qruplaşmanın nümayəndəsidir. Birini qeyri-hökumət adlandırırlar, ikinciyə tədqiqatçı deyirlər, guya nəyisə araşdırırlar, üçüncü, dördüncüsünə nəsə. Əslində bu insanlar bir sahibin əli altındadırlar. Siyasətçilərə hücumlar, zorakılıq adi faşistlərdir” – Kaxa Kaladze bildirib.