Kaxa Kaladze - Heç bir sərhəd yoxdur, qeyri-hökumət təşkilatları birbaşa seçki kampaniyasında iştirak edirlər
Kaxa Kaladze - Heç bir sərhəd yoxdur, qeyri-hökumət təşkilatları birbaşa seçki kampaniyasında iştirak edirlər

 
Gürcüstanda heç bir vətəndaş cəmiyyəti yoxdur. Qeyri-hökumət təşkilatları birbaşa seçki kampaniyasında iştirak edirlər – bu haqda paytaxtın meri Kaxa Kaladze bildirib.

O, başqa ölkənin maraqlarını daşıyan yalnız konkret qüvvənin olduğunu deyib.

“Gürcüstanda heç bir vətəndaş cəmiyyəti və ya qeyri-hökumət sektoru yoxdur. Heç bir sərhəd yoxdur. Qeyri-hökumət təşkilatları birbaşa seçki kampaniyasında iştirak edirlər. Hakimiyyətin istefa verməsi gərəkdiyi haqda birbaşa çağırışlar edirdilər və s. Bütün bunları xatırlayırıq elə deyilmi? Qeyri-hökumət sektoru inqilab elan etmişdi. Bu gün bu sərhəd yoxdur. Satqınlardan təşkil olunmuş konkret qüvvə var, çünki onlar başqa ölkənin maraqlarını daşıyırlar, vətənlə maraqlanmırlar. Onlara deyilənləri, nə göstəriş verirlərsə, nə bacarırlarsa onu edirlər. Bu gün insanlar hər şeyi görürlər və hər şeyi başa düşürlər, dünyada nə baş verir, hansı tendensiyalar var, regionda nə baş verir, kimin maraqlarıdır. Bu səbəbdən, bir daha təkrar edirəm, 2024-cü ilin parlament seçkilərində gürcü xalqı hər kəsə müvafiq cavab verəcək” – paytaxtın meri bildirib.