Kaxa Kaladze - Gürcüstan hökumətinin ABŞ-la dostluğa və strateji əməkdaşlığa hazır olduğunu sözlərimizlə, əməllərimizlə sübut etmişik, lakin bu, ölkənin maraqlarının güzəştə gedilməsi hesabına baş verməməlidir

Tbilisinin meri Kaxa Kaladze media ilə ABŞ-la münasibətlərin yenidən başlaması haqqında danışıb və bildirib ki, Gürcüstan dostluq üçün münasibətlərə yenidən baxmağa hazırdır, lakin ölkənin maraqlarının güzəştə gedilməsi hesabına yox.

Onun izahına əsasən, “Şəffaflıq qanunu” və ya cinayətkarların həbsdən azad edilməsi ilə bağlı strateji tərəfdaşlardan konkret çağırışlar qəbuledilməzdir.

“Strateji tərəfdaşlıqdan söhbət gedəndə, aldatmaq, “Şəffaflıq qanunu”nu rus qanunu kimi qablaşdırmaq (göstərmək) qəti şəkildə qəbuledilməzdir, cinayətkar haqqında onu azad edin, əks halda Avropaya inteqrasiya yolunda maneələrlə üzləşəcəksiniz demələri qəbuledilməzdir. Gürcüstan hökumətinin dostluğa, əməkdaşlığa hazır olduğunu dəfələrlə demişik və əməllərimizlə də sübut etmişik, lakin bu, ölkənin və xalqın maraqlarının güzəştə gedilməsi hesabına baş verməməlidir” – Kaxa Kaladze bildirib.