Kaxa Kaladze - Əgər indiyə qədər bizə üstüörtülü şəkildə müharibəyə qoşulmağa çağırış edilirdisə, Herçinski birbaşa qarşıdurmadan danışdı, gürcüləri və dövləti hədələdi, o, çağırılmalı və ona suallar verilməlidir
Çox narahatedici bir bəyanat idi, söhbət müharibədən və vətəndaş qarşıdurmasından gedirdi – Paytaxt meri Kaxa Kaladze Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinskinin “Gürcüstan yol ayrıcındadır və qarşıdakı həftələr və aylarda onun Avropa ölkələri ailəsinə mənsub olub-olmadığına qərar veriləcək” bağlı bəyanatını belə qiymətləndirib.
Kaxa Kaladzenin media ilə söhbətində qeyd etdiyi kimi, Gürcüstan suveren bir ölkədir və onun ağaya yox, tərəfdaşa ehtiyacı var.
“Bu, çox narahatedici bir bəyanat idi – söhbət müharibədən, vətəndaş qarşıdurmasından gedirdi. Bütün bunları eşitmək çox ağırdır. Əgər indiyə qədər bizi üstüörtülü şəkildə müharibəyə qoşulmağa çağırırdılarsa, indi o, birbaşa çıxıb vətəndaş qarşıdurmasından danışdı, gürcüləri və dövləti təhdid etdi. Bu, çox ağırdır. İlk növbədə, o çağırılmalı və cavablandırılması lazım olan konkret suallar verilməlidir. Gürcüstan heç bir yoldan dönməyib. Biz demokratik, azad bir ölkəyik. Əgər kiminsə istəyi bizə yuxarıdan aşağı baxmaq və öz “şıltaqlıqları” ilə idarə etməkdirsə, bu belə olmayacaq. Hamı yaxşı başa düşməlidir ki, suveren bir dövlət olaraq bizə ağalıq edib barmaq silkələyənlər deyil, dostlar və tərəfdaşlar lazımdır. Barmaqlarını indiyə qədər kimə silkələyiblərsə, ona da silkələsinlər. Bizimlə bu alınmayacaq, çünki biz siyasətimizlə yalnız və yalnız ölkənin və gürcü xalqının maraqlarına xidmət edirik. Əlbəttə ki, hər zaman prinsipial mövqeyimiz olacaq “, – Kaxa Kaladze qeyd edib.
Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski Brüsseldə Avropa Xarici Fəaliyyət Xidmətində keçirilən tədbirdə bildirib: “Biz Gürcüstanın və onun gözəl, qonaqpərvər xalqının zorakılıq, vətəndaş müharibəsi, yoxsulluq, çətinlik və korrupsiyanın qaranlıq dövrlərinə qayıtmasına imkan verməməliyik”.