Kaxa Kaladze - Düşünürəm ki, mental düşüncə problemidir ki, qətl cinayətini görənlər istintaqa yardım etmək istəmirlər

Təəsüf ki, qətl cinayətini görənlər var, hansılar ki, konkret fakt haqqında danışmaq istəmirlər və düşünürəm ki, bu problemi aradan qaldırmalıyıq, – bu barədə bəyanatı paytaxtın meri Kaxa Kaladze Xorava küçəsindəki qətl cinayəti ilə bağlı verdi.

Kaxa Kaladzenin dediyinə görə, cəmiyyətinin mentallığını dəyişdirmək üçün xeyli vaxt lazımdır.

“Belə ağır faktdan söz gedən zaman, digər insanın faciəsinə laqeyid olub, istintaqa yardım etməmək ayıb olmalıdır.

Övladlarımızın baş verən faktı bilib, deməməsi də fəxr ediləcək bir hərəkət olmamalıdır” – dedi Kaxa Kaladze.