Kaxa Kaladze - Didi Diğomidə baş verən faciə ilə spekulyasiya edən şəxslər peydah olublar
Kaxa Kaladze - Didi Diğomidə baş verən faciə ilə spekulyasiya edən şəxslər peydah olublar

Tbilisinin meri Kaxa Kaladze bəyan edir ki, müəyyən şəxslər Didi Diğomidə baş verən faciə ilə siyasi spekulyasiyalar etməyə çalışırlar.

Didi Diğomidə baş verən hadisə ilə bağlı Kaxa Kaladze bugün keçirdiyi brifinqdə danışdı və bəyan etdi ki, müəyyən şəxslər yalan məlumat yayaraq, ictimaiyyəti səhvə salmağa çalışırlar.

“Qeyd olunan şəxslər meriyayı və məni birbaşa diskreditasiya etməyə çalışırlar. Baş verən partlayışla məni və meriyanın xidmətlərini əlaqələndirirlər” – dedi Kaxa Kaladze.

Onun dediyinə görə, Meriya bu şəxslərə əhaliyi səhvə salmağa imkan verməyəcək və əlindən gələni edəcək ki, ictimaiyyət gerçəkləri bilsin.

Kaxa Kaladze Rustavi-2 kanalında yayılan süjetə də səsləndi. Kaladze bəyan etdi ki, yaşayış binasına təbii qazın çəkilməsinin və qaz borularının təhlükəsizliyinin, binanın ekspluatasiyaya verilməsi ilə heç bir əlaqəsi yoxdur.

“Tam məsuliyyətlə deyirəm ki, binanın ekspluatasiyaya verilməsi ilə, oraya təbii qazın çəkilməsinin bir əlaqəsi yoxdur. Təbii qaz ancaq bina istismara verildikdən sonra çəkilir” – dedi Kaladze.

Merin dediyinə görə, təbii qaz xəttinin təhlükəsizliyi meriyanın kompetensiyasına daxil deyil və bunu müəyyən idarələr və xidmətlər yoxlayıb, təmin edirlər.