Kaxa Kaladze - Demokratiya indeksi ilə Gürcüstanın irəliləyiş əldə etməsi Gürcüstanın hazırkı hakimiyyətinin düzgün və praqmatik siyasətinin nəticəsidir
Kaxa Kaladze - Demokratiya indeksi ilə Gürcüstanın irəliləyiş əldə etməsi Gürcüstanın hazırkı hakimiyyətinin düzgün və praqmatik siyasətinin nəticəsidir

 
Nəticələr və bu statistika hər şeydən, ölkəmizin bütün istiqamətdə necə inkişaf etdiyindən bəhs edir, bizdə hər şeydə mütləq irəliləyiş var – bu haqda demokratiya indeksi ilə Gürcüstanın xeyli irəliləyiş əldə etdiyini göstərən “demokratiyanın müxtəlifliyi” ilə bağlı yeni araşdırma haqqında sualın ünvanlandığı Tbilisinin meri Kaxa Kaladze media ilə söhbətində deyib.

“Biz nəzərəçarpacaq nəticələr əldə etmişik və bu, mövcud hakimiyyətin apardığı düzgün siyasətdən irəli gəlir. Radikalların özlərinin, bizim guya qərbli dostlarımız tərəfindən dəstəklənən guya qeyri-hökumət təşkilatları ilə tənqid atəşinə tutduqları hakimiyyətimizin yürütdüyü praqmatik siyasətlə. Bütün bunları xatırlayırsınızmı ? Bu gün onların ritorikası artıq dəyişib və məhz indi sizin danışdığınız bu siyasətin nəticələridir və Qərbdə bunu inkar edə bilmirlər. Bütün meyarlara görə Gürcüstan uğurlu ölkədir və bu, bizim hamımızın, əhali ilə birgə xidmətlərimizdir” – Tbilisinin meri bildirib.