Kaxa Kaladze - Çirkli pulu siyasətdə hərəkət etdirmək istəyin varsa, şəffaflıq qanununun qəbul edilməsini istəməzdin
Sağlam düşüncəli insan şəffaflığa qarşı necə ola bilər. Bu qanun yalnız bir şeyi tələb edir – ictimaiyyətin kənardan, xaricdən vəsait alan qeyri-hökumət təşkilatları, istərsə də televiziyalar olsun qeydiyyatda olması haqda məlumatı olsun və bu vəsaitin haradan alındığını və hansı konkret layihələrə xərcləndiyini bilsin – zəng mərkəzləri işi ilə bağlı verilmiş suala paytaxt meri Kaxa Kaladze belə cavab verdi.
O bildirib ki, çirkli pulun siyasətdə hərəkətini istəyənlər “Şəffaflıq Qanunu”na qarşı çıxırlar.
“Bütün bunları gizlətmək, çirkli pulu siyasətdə hərəkət etdirmək, inqilabi ssenarini maliyyələşdirmək, guya ağır xəstəlikdən əziyyət çəkən uşaqların valideynlərini treninqdən keçirmək, ekstremist təşkilatları maliyyələşdirmək istəyin varsa, əlbəttə şəffaflıq qanununun qəbul edilməsini istəməzdin və ona görə buna qarşıdır” – Kaxa Kaladze bildirib.