Kaxa Kaladze – Bu gün ən vacib və ən önəmli məsələ Tornike Rijvadzenin səhhətidir
Kaxa Kaladze – Bu gün ən vacib və ən önəmli məsələ Tornike Rijvadzenin səhhətidir

Tbilisi meri Kaxa Kaladzenin bildirdiyinə görə, hazırkı mərhələdə ən vacib məsələ Acara Muxtar Respublikasının sabiq sədri Tornike Rijvadzenin səhhətidir. O, bu barədə Tornike Rijvadzenin işi ilə bağlı verilən sualı cavablandırarkən bildirib.

“Bu gün ən vacib və ən önəmli məsələ Tornikenin səhhətidir. Ona tezliklə sağalmasını arzulayıram. Başqa heç nə deyə bilmərəm, heç bir məlumatım yoxdur. Şərhə gəlincə, Gürcüstana dünən qayıtdım. Tornikenin tezliklə sağalmasını və hər şeydə uğurlar arzulayıram”, – Kaxa Kaladze bildirib.