Kaxa Kaladze – Bu, gözlənilməz gediş oldu, Robin Daniqanın gedişi ilə bağlı çoxlu sual yarandı
“Bu, gözlənilməz bir gediş oldu, bu baxımdan çoxlu sual var” – Tbilisi meri Kaxa Kaladze Robin Daniqanın Gürcüstanda ABŞ səfiri vəzifəsindən getməsi ilə bağlı bəyanatına belə münasibət bildirib.
Kaxa Kaladzenin söylədiyinə görə, Gürcüstan hakimiyyəti üçün Amerika ilə strateji tərəfdaşlıq vacibdir və bunun üçün hazırlıq qarşılıqlı olmalıdır.
“Bu, təəccüblü gediş idi. Onun bu şəkildə getməsi ilə bağlı çoxlu sual var. Gürcüstan hakimiyyəti münasibətləri yenidən başlamağa hazırdır. Bizim üçün əsas olan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq və dostluqdur, bu isə qarşılıqlı olmalıdır. Sözügedən prosesdə elə insanlar var idi ki, onlar mane olur, administrasiyaya yanlış məlumatlar verirdilər, ağ olanı qara kimi göstərirdilər, hərçənd əminəm ki, hər şey radikal şəkildə dəyişəcək. Prezident Trampın müəyyən etdiyi prioritetlər var – Dərin Dövləti məğlub etmək, müharibəyə son qoymaq, bunu bizdə təqdir edir və dəstəkləyirik”, – deyə Kaxa Kaladze bildirib.
Məlumat üçün bildirək ki, ABŞ-ın Gürcüstandakı səfiri Robin Daniqan vəzifədən istefa verib. B barədə ABŞ səfirliyi bəyanat yayıb. Daniqanın izah etdiyi kimi: “Mən şəxsi qərar qəbul etdim ki, təqaüdə çıxım, mənim istefaya göndərilməyimi hökumətim tələb etməyib.”