Kaxa Kaladze - Bu gecə paytaxtda güclü yağıntı gözlənilir, buna görə də bələdiyyənin bütün müvafiq xidmətləri tam hazırlıq vəziyyətindədir
Kaxa Kaladze - Bu gecə paytaxtda güclü yağıntı gözlənilir, buna görə də bələdiyyənin bütün müvafiq xidmətləri tam hazırlıq vəziyyətindədir

Tbilisi meri Kaxa Kaladze, mer müavini İrakli Bendeliani və “Tbilservice Group MMC”nin rəhbəri Qiorqi Papava ilə birlikdə “Facebook” sosial şəbəkəsində videomüraciət yayıb və hava şəraitinin pisləşməsi ilə bağlı yayılan məlumata münasibət bildirib. Onun sözlərinə görə, Tbilisi gözlənilən qar yağışına hazır olacaq.

“Bu gecə paytaxtda və ətraf ərazilərdə güclü yağıntı elan edilib. Bələdiyyənin bütün müvafiq xidməti hazırlıq vəziyyətindədir, yolların təmizlənməsi üçün müvafiq avadanlıqlarla bütün zəruri işlər görüləcək. Əməkdaşlığına görə Daxili İşlər Nazirliyinə təşəkkür etmək istəyirəm. Əvvəlki güclü qar yağışı zamanı onlarla yaxşı əməkdaşlıq qurduq. Məlumatları operativ şəkildə alırdıq, patrul polisi yol təhlükəsizliyinin təmin edilməsində bizə kömək edirdi. Fövqəladə hallarda zəng edə biləcəyiniz qaynar xətt var və mövcud problemləri həll etmək üçün hər şeyi edəcəyik”, – deyə Kaxa Kaladze bildirib.

Tbilisi merinin müavininin sözlərinə görə, avtomobil yollarında hərəkətlə bağlı problemlərin qarşısını almaq üçün bütün müvafiq xidmətlər səfərbər edilib.

“Tbilservice Group”un rəhbəri Qiorqi Papavanın izahatına görə, xüsusi texnika hazırdır və texniki duz bələdiyyənin yağıntılarla mübarizə aparması üçün tam kifayətdir.

“Texniki cəhətdən duzlama bazalarının yerləşdiyi hər yerdə tam hazırlıq və səfərbərlik mövcuddur. İşçilərimiz 24 saatlıq rejimə keçiblər. Ağır texnika və texniki duz istənilən növ yağıntı ilə mübarizə aparmaq üçün tam kifayətdir. Bundan əlavə, 200 işçi cəlb olunub ki, Tbilisi üzrə, o cümlədən birləşdirilmiş ərazilərdə, əgər hər hansı yağıntı olsa, yolları buz bağlasa və ya hər hansı başqa problem yaransa, operativ şəkildə yüngül avtomobillərlə patrul xidməti həyata keçirə bilək”, – deyə Qiorqi Papava qeyd edib.