Kaxa Kaladze -biz seçicilərlə görüşürük, müxalifətçilər isə xaricdə öz sahibləri ilə görüşür, yəqin ki, necə davranacaqları barədə göstərişlər alırlar
Kaxa Kaladze -biz seçicilərlə görüşürük, müxalifətçilər isə xaricdə öz sahibləri ilə görüşür, yəqin ki, necə davranacaqları barədə göstərişlər alırlar

Paytaxtın meri Kaxa Kaladze “Milli Hərəkət” üzvlərinin Vaşinqtondakı və “Lelo” üzvlərinin Brüsseldəki səfərlərinə bir daha münasibət bildirib.

O, mediaya müvafiq sualı cavablandırarkən qeyd edib ki, müxalifətçilərin səfərləri bir daha təsdiqləyir ki, onlar ölkə xaricindən idarə olunurlar və necə davranacaqları barədə tapşırıqlar alırlar.

“Bu bir daha təsdiqləyir ki, həmin insanların Gürcüstanla, gürcülərlə heç bir əlaqəsi yoxdur. Bu, onların xaricdən idarə olunduqlarının və öz sahiblərinin olduğunun sübutudur. Biz isə hər gün gedib seçicilərlə görüşür, onlara növbəti dörd il ərzində həyata keçirəcəyimiz layihələr barədə danışırıq, onlar isə xaricdə öz sahibləri ilə görüşürlər. Yəqin ki, necə davranacaqları barədə göstərişlər alırlar. Fərq budur – “Gürcü Arzusu – Demokratik Gürcüstan” gürcü xalqına xidmət edir və onlarla danışır, bu isə ən önəmli və əsas olan, gürcü işini görməkdir. Onların ölkə ilə bağlı hərəkətləri və niyyətləri cəmiyyət tərəfindən yaxşı görünür. Gürcü xalqı hər şeyi yaxşı qiymətləndirir və parlament seçkilərində onlara verdiyi hökmü bələdiyyə seçkilərində də təkrarlayacaq”, – deyə Kaxa Kaladze bildirib.