Kaxa Kaladze - Biz ABŞ-la münasibətlərin yeni səhifədən başlamasına hazırıq və gözləyirik, biz heç kimə düşmənçilik etmirik və heç kimlə mübarizə aparmırıq
Biz ABŞ-la münasibətlərin yeni səhifədən başlamasına hazırıq və gözləyirik, biz heç kimə düşmənçilik etmirik və heç kimlə mübarizə aparmırıq”, – bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.
Kaladzeyə Mixeil Ğavelaşvili və Donald Trampın söhbəti ilə bağlı sual ünvanlandı.
“Biz heç kimə düşmənçilik etmirik və heç kimlə mübarizə aparmırıq. Amerika və ya Avropa ilə necə mübarizə apara bilərik? Yalan, saxtakarlıq, hədə-qorxu və böhtana əsaslanan münasibətlərin dəyişməsini və əlaqələrin yeni bir səhifədən başlamasını istəyirik. Bununla bağlı baş nazir və prezident tərəfindən bir neçə bəyanat verilib, bizim tərəfimizdən də bir neçə bəyanat verilib. Beləliklə, biz münasibətlərin yeni bir səhifədən başlamasına hazırıq və bunu gözləyirik”, – deyə Kaxa Kaladze bildirib.