Kaxa İmnadze - Həmişə Alaniya Respublikası və Samaçablo regionları olub, Cənubi və Şimali Osetiya heç vaxt olmayıb, bu adları komunistlər uydurublar
Kaxa İmnadze - Həmişə Alaniya Respublikası və Samaçablo regionları olub, Cənubi və Şimali Osetiya heç vaxt olmayıb, bu adları komunistlər uydurublar

“Bəşər Əl-Əsəd rejimi yenə bir qeyri-legitim addım atdı, hansı ki, beynəlxalq qanunvericiliyinə ziddir. O Gürcüstan ərazilərini “müstəqil” dövlətlər olaraq tanıdı” – bu bəyanatı Gürcüstanın BMT-dəki səfiri Kaxa İmnadze verdi.

Kaxa İmnadze qeyd etdi ki, Abxaziya və Sxinvali Rusiyanın işğalı altında olmağa davam edirlər.

“Rusiyaya xatırlatmaq istəyirəm ki, 100 il bundan əvvəl gürcü xalqı öz müstəqilliyini elan etdiyi zaman, bu bir millətin özünü müəyyən etməsi idi. Özünü müəyyən etmək o deyil ki, sən ölkə əhalisinin 75 fazidən artığını ölkədən qoylayasan və geridə qalan əhaliyə zorla referendum keçirəsən. Cənubi Osetiya heç bir zaman olmayıb, – bu Qazqaz dağlarıdır və Alaniya Respublikası olub, Cənubi və Şimali Osetiya terminləri isə, komunistlər tərəfindən uydurulublar” – dedi Kaxa İmnadze.

Kaxa İmnadze bəyan edir ki, Moskva de-fakto iqtidarla bərabər razılaşma formalaşdırır, hansı ki, qeyd olunan regionların Rusiyaya tam inteqrasiyasını nəzərdə tutur.