Kaxa Quledani - Baş nazirin təşəbbüsü ilə bələdiyyələr uzunmüddətli planlar üzərində işləməyə başlayıblar və özünüidarəetmə planları sahə nazirliklərinin planları ilə uzlaşdırılacaq
Yerli resurslar bələdiyyənin bütün ehtiyaclarını ödəyə bilmir, məhz buna görə də yaxın gələcəkdə uzunmüddətli fəaliyyət planları sahə nazirliklərinə göndəriləcək. Özünüidarəetmə merləri və şuraların sədrləri ilə görüş çox səmərəli və məhsuldar olub, – bu barədə Gürcüstanın Regional İnkişaf Naziri Kaxa Quledani jurnalistlərə bildirib.
Kaxa Quledaninin qeyd etdiyi kimi, Baş nazirin təşəbbüsü ilə bələdiyyələr uzunmüddətli planlar üzərində işləməyə başlayıblar və bu planlarda Regional İnkişaf Nazirliyinin əvvəldən axıra qədər iştirak etdiyi bildirilir.
“Biz prosesləri asanlaşdırırıq. Bu mərhələdə artıq hər bir bələdiyyədə uzunmüddətli inkişaf planı hazırlanıb, lakin yerli resurslar bələdiyyədə mövcud olan bütün ehtiyacları qarşılaya bilmir. Məhz buna görə yaxın gələcəkdə uzunmüddətli fəaliyyət planları sahəvi nazirliklərə göndəriləcək. Yerli özünüidarəetmə planları ilə sahəvi nazirliklərin planları arasında uyğunlaşdırma və sinxronizasiya aparılacaq, bundan sonra proses yenidən bələdiyyələrə qayıdacaq. Uzunmüddətli fəaliyyət planları ilə bağlı əhali ilə müzakirələr keçiriləcək və nəhayət, planlar bələdiyyə şurasında təsdiqlənəcək. Görüşün çox səmərəli və məhsuldar olduğunu düşünürəm”, – deyə Kaxa Quledani bildirib.