Kaxa Bekauri - Media siyasi subyektə seçkiöncəsi reklamı yerləşdirməyə icazə vermədikdə təhlükəli presedent yaranır
Rabitə Komissiyasının sədri Kaxa Bekaurinin bəyanatına əsasən, yayımçılar tərəfindən siyasi subyektə məxsus pulsuz siyasi reklamın yerləşdirilməməsi seçki mühiti, eləcə də sözügedən subyekt üçün təhlükəli və zərərli presedent yaradır ki, bu da onu seçkiöncəsi qeyri-bərabər şəraitə salır.
“Konkret siyasi subyekt tələb etdiyi və ona məxsus olan pulsuz siyasi reklamın yerləşdirilməsi ilə bağlı yayımçıdan yox cavabı alırsa, bu, həmin subyekti mühüm hüquqdan məhrum edir və ona əngəl törədir, onu seçkiöncəsi digərləri ilə münasibətdə qeyri-bərabər şəraitə salır. Media siyasi subyektə ona məxsus pulsuz seçkiöncəsi reklamı yerləşdirməyə imkan vermədikdə çox təhlükəli presedent yaranır, bu da digər mediaları eyni şeyi təkrarlamağa və qanunu pozmağa sövq edə bilər, bu isə seçki mühitinə ziyan vurulmasına səbəb olacaq. Bundan irəli gələrək, tənzimləyici və bu prosesin monitorinqini aparan qurum kimi Rabitə Komissiyasının qərarı qanunun effektiv şəkildə icrasına və pulsuz siyasi reklam baxımından bütün siyasi subyektlərin hüquqlarının ədalətli və qanuni şəkildə həyata keçirilməsinə yönəldiləcək” – Rabitə Komissiyasının sədri bildirib.
Onun sözlərinə əsasən, Gürcüstan qanunvericiliyi seçkiöncəsi dövrdə yayımçıları öz qıt, qiymətli və pul qazanıla bilən vaxtlarını siyasi partiyalara pulsuz güzəştə getməyə məcbur edir, bu da əhalinin məlumatlandırılmasında və məlumatlı qərarın qəbulunda həlledici rol oynayır.
“Bildiyiniz kimi, bir çox ölkədə pulsuz siyasi reklama icazə verilmir və ilkin olaraq Gürcüstanda da bəzi müqavimət var idi ki, nə üçün yayımçı müəyyən fayda əldə edə biləcəyi vaxtı siyasi subyektə pulsuz güzəştə getməlidir. Lakin Gürcüstanda qanunverici hesab edib ki, seçkiöncəsi pulsuz siyasi reklam seçkiöncəsi kampaniya üçün ən böyük dəyərə malikdir və əhalinin məlumatlandırılmasında və məlumatlı qərarın qəbulunda son dərəcə mühümdür. Müvafiq olaraq, bu təcrübənin olması zəruridir və onun düzgün, ayrı-seçkilik olmadan yerləşdirilməsinə diqqət yetirmək lazımdır” – Kaxa Bekauri qeyd edib.