Kaia Kallas və Abbas Əraqçı arasında telefon danışığı baş tutub
Fars körfəzi ölkələrinə qarşı yenilənmiş hücumlar qəbuledilməzdir, – bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaia Kallas İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı bildirib.
Kallasın sözlərinə görə, bölgədə yenilənmiş hərbi əməliyyatların bərpası sabitliyə ciddi təhlükə törədir.
“Fars Körfəzi ölkələrinə və onların kritik infrastrukturuna qarşı yenilənmiş hücumlar qəbuledilməzdir. Tammiqyaslı müharibəyə qayıdış bütün regiona baha başa gələcək. Bu müharibədən ən yaxşı çıxış yolu yenə də diplomatik prosesdir”, – Kallas qeyd edib.
Öz növbəsində, Əraqçi telefon danışığı zamanı ABŞ-ın həyata keçirdiyi hərəkətləri qınadığını bildirib.
İranın xarici işlər nazirinin sözlərinə görə, o, Kalasa ABŞ-ın son zərbələrinin “beynəlxalq hüququn pozulması” olduğunu və onların atəşkəs sazişini “qeyri-effektiv” etdiyini bildirib.