Kaia Kallas – Ukraynanın qeyd-şərtsiz atəşkəslə razılaşdığı bir vaxtda Rusiyanın hücumlarını artırmasının dəhşətli nümunəsi olan Sumidən ürək ağrıdan səhnələr görürük

16:30, 13.04.2025

Avropa İttifaqının ali nümayəndəsi Kaia Kallas Rusiyanın Sumi şəhərinə hücumuna münasibət bildirir.

“Sumidən ürəkağrıdan səhnələr görürük. Yerli sakinlər Palm Bazar gününü qeyd etmək üçün toplaşarkən onları Rusiya raketləri qarşıladılar. Bu, Ukraynanın qeyd-şərtsiz atəşkəsə razılaşdığı bir vaxtda Rusiyanın hücumlarını gücləndirməsinin dəhşətli nümunəsidir”, – deyə Kaia Kalas yazır.

Məlumat üçün bildirək ki, Ukrayna hakimiyyətinin məlumatına görə, Rusiya Sumı şəhərinə raket zərbəsi endirib. Nəticədə ikisi uşaq olmaqla azı 31 nəfər həlak olub. 84 nəfər yaralanıb. Hadisə yerində xilasetmə işləri hələ də davam edir.

Oxşar