Kaia Kallas - Ukrayna ilə bağlı sülh danışıqları dalana dirənib, Rusiya ilə yaxın münasibətləri olan Çin onları müharibəni dayandırmağa razı sala bilər
Rusiya–Ukrayna danışıqları dalana dirənib və əslində heç nə baş vermir”,– bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaia Kallas bəyan edib.
Kaia Kallasın qeyd etdiyi kimi, eyni zamanda, Rusiyanın Ukrayna ilə müharibədə o qədər də güclü mövqedə olmadığı görünür.
Onun sözlərinə görə, Çin Rusiyanı danışıqlar masasına oturtmağı bacara bilər.
“Ukrayna ilə bağlı sülh danışıqlarının dalana dirəndiyini görürük. Reallıqda orada heç nə baş vermir, lakin eyni zamanda, Rusiyanın ən güclü mövqedə olmadığını və onların danışıqlar masasına qayıtması üçün təzyiqlərin davam etdirilməsinin zəruri olduğunu görürük. Həmçinin, Rusiya ilə yaxın münasibətləri olan Çini, onları müharibəni dayandırmağa həqiqətən razı sala biləcək bir rol oynamağa çağırmalıyıq”, – Kallas qeyd edib.