Kaia Kallas - Marko Rubio və Karakasdakı səfirimizlə danışdım, Avropa İttifaqı Venesueladakı vəziyyəti diqqətlə izləyir
Avropa İttifaqı Venesueladakı mövcud vəziyyəti diqqətlə izləyir, – bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaia Kallas bildirib.
Onun dediyinə görə, birlik dəfələrlə qeyd edib ki, Venesuela prezidenti Nikolaz Maduro leqitimliyini itirib.
“Dövlət katibi Marko Rubio və Karakasdakı səfirimizlə danışdım. Avropa İttifaqı Venesueladakı vəziyyəti diqqətlə izləyir. Avropa İttifaqı dəfələrlə bildirib ki, cənab Maduronun leqitimliyi çatışmır və sülh yolu ilə keçid dövrünü dəstəkləyir. İstənilən vəziyyətdə beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsipləri qorunmalıdır”, – Kaia Kallas X sosial şəbəkəsində yazır.
Kallasın dediyinə görə, Birlik üçün əsas prioritet Venesuelada Avropa İttifaqı vətəndaşlarının təhlükəsizliyidir.
Məlumat üçün bildirək ki, ABŞ hərbçiləri Venesuelada hərbi bazaları, ölkənin əsas limanını və parlament binasını bombalayıb. Venesuela hökuməti bəyanat yayıb, bəyanata əsasən prezident Nikolas Maduro ölkədə fövqəladə vəziyyət elan edib. Venesuela hökuməti ABŞ-ı hücum etməkdə ittiham edib və “hərbi təcavüzü” pisləyib və bu təcavüzün məqsədi olaraq Vaşinqtonun ölkənin neft və minerallarını ələ keçirmək istəyini göstərib. Bununla yanaşı, ABŞ prezidenti Donald Tramp ABŞ hərbçilərinin Venesuela lideri Nikolas Maduronu və həyat yoldaşını həbs edərək ölkədən çıxardığını bildirib. ABŞ dövlət katibi Marko Rubionun bildirdiyinə görə, Nikolas Maduro Venesuelanın prezidenti deyil, O, narkoterrorist təşkilatının rəhbəridir və ABŞ-a narkotiklərin daxil olmasında ittiham edilir.