Kaia Kallas - Çin, Rusiya və ABŞ Avropa İttifaqını parçalamaq istəyirlər, çünki Avropa birlikdə dayananda daha güclü olur
Kaia Kallas - Çin, Rusiya və ABŞ Avropa İttifaqını parçalamaq istəyirlər, çünki Avropa birlikdə dayananda daha güclü olur

Çin, Rusiya və ABŞ Avropa İttifaqını parçalamaq istəyirlər, çünki Avropa birlikdə dayananda daha güclü olur, – bu barədə Avropa İttifaqınının ali nümayəndəsi Kaia Kallas bildirib.

“Onlar Avropa İttifaqını sevmirlər, bu tamamilə aydındır. Lakin biz onların Avropa İttifaqını niyə xoşlamadıqlarını anlamalıyıq. Fakt budur ki, əgər biz birlikdə dursaq, birlikdə hərəkət etsək, o zaman bərabərhüquqlu və güclü olarıq”, – Kallas qeyd edib.

“Politico”nun məlumatına görə, Kallas həmçinin qeyd edib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası vahid Avropa İttifaqını sevmir, çünki blok Vaşinqtonla rəqabət aparan mühüm geosiyasi gücdür.

Onun sözlərinə görə, Ağ Evin liderinin son bəyanatları “parçala və hökm sür” strategiyasının bir hissəsidir.

Avropa İttifaqının ali nümayəndəsi həmçinin bildirib ki, bəzi üzv dövlətlər Trampın Ağ Evə qayıtmasından sonra ABŞ ilə öz şəxsi kommunikasiya kanallarını saxlamağa çalışırlar. O qeyd edib ki, bu, narahatlıq doğurur, çünki “Avropa İttifaqını parçalamaq cəhdləri real nəticə verir”.

Kallas bütün Avropa Ittifaqı ölkələrini bloku qorumağa və ABŞ, Çin və ya Rusiya ilə bağlı məsələlərdə fərdi şəkildə deyil, Avropa qurumları vasitəsilə danışıqlar aparmağa çağırıb.