Kaia Kallas - Avropa İttifaqı həmişə bildirirdi ki, İrana nüvə silahı əldə etməyə icazə verilməməlidir, yalnız diplomatiya bizi davamlı həllə gətirə bilər
Kaia Kallas - Avropa İttifaqı həmişə bildirirdi ki, İrana nüvə silahı əldə etməyə icazə verilməməlidir, yalnız diplomatiya bizi davamlı həllə gətirə bilər

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Kaia Kallas İranın xarici işlər naziri ilə telefonla danışıb. Bu barədə Kallas sosial şəbəkədə yazır.

“İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışdım.Regionda daha da gərginliyin artması riski təhlükəli dərəcədə yüksəkdir. Diplomatiya qalib gəlməlidir. Avropa İttifaqı həmişə aydın bildirirdi: İrana heç vaxt nüvə silahı əldə etməyə imkan verilməməlidir. Yalnız diplomatiya bizi uzunmüddətli həll yoluna apara bilər. Avropa İttifaqı bunu dəstəkləməyə hazırdır”, – Kaia Kallas yazır.