Kaia Kallas - ABŞ və Çinin Hörmüz boğazını açmaq barədə razılığa gəlməsi müsbət haldır
Kaia Kallas - ABŞ və Çinin Hörmüz boğazını açmaq barədə razılığa gəlməsi müsbət haldır

ABŞ və Çinin Hörmüz boğazının açılması barədə razılığa gəlməsi müsbət haldır, – bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaia Kallas bildirib.

Kallasın qeyd etdiyi kimi, Çinin İran üzərində təsiri var və buna görə də o, ölkənin Hörmüz boğazının açılması ilə bağlı İranla əlaqə saxlayacağına ümid edir.

Onun sözlərinə görə, ABŞ və İran heç kimdən yardım almır.

“Əlbəttə ki, biz daim əlaqə saxlayırıq və deyirik ki, ən azı birinci mərhələdə – hücumu dayandırmaq və Hörmüz boğazını açmaq barədə razılığa gəlməliyik. Daha sonra daha çətin məsələlər üzrə danışıqlara keçə bilərik. Bu, çox çətindir və sonda ABŞ İranla razılaşmalıdır”, – Kallas qeyd edib.