Kaia Kalas – Ukraynada müharibənin davam etdirilməsinə şərait yaradan bunun əvəzini ödəməlidir

19:58, 16.12.2024

Ukraynada müharibənin davam etdirilməsinə şərait yarada bunun əvəzini ödəməlidir, – bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaia Kalas X sosial platformasında yazır.

Kalasın söylədiyinə görə, Rusiyanın müharibə istehsalı imkanlarını məhdudlaşdırmaq cəhdləri davam edir.

“Bu gün biz Kölgə Donanmasına, həmçinin Şimali Koreyanın rəsmi şəxslərinə və Moskva üçün dronlar istehsal edən Çin şirkətlərinə qarşı məhdudiyyətləri daxil olan on beşinci sanksiyalar paketini qəbul etdik. Rusiyanın müharibə istehsalı imkanlarını məhdudlaşdırmaq üçün cəhdlərimiz davam edir”, – Kaia Kalas yazır.

Oxşar