Kaia Kalas – Rusiyadan turizmi dayandırmağın vaxtı yetişib
Avropanı ziyarət etmək insan hüququ deyil, imtiyazdır, Rusiyadan turizmi dayandırmağın vaxtı yetişib – bu barədə Estoniyanın baş naziri Kaia Kalas öz “Twitter” səhifəsində yazıb.
“Ruslara turist vizalarının verilməsini dayandırın. Avropanı ziyarət etmək insan hüququ deyil, imtiyazdır. Rusiyadan hava hərəkəti bağlanıb. Bu o deməkdir ki, Şengen ölkələri viza verməyə davam edərkən , yük Rusiyanın qonşularının (Finlandiya, Estoniya, Latviya yeganə çıxış nöqtələridir) üzərinə düşür . Rusiyadan turizmi dayandırmağın vaxtı yetişib”- deyə Estoniyanın baş naziri yazıb.
Qeyd etmək lazımdır ki, Volodimir Zelenski də Qərb ölkələrini Rusiya vətəndaşları üçün sərhədlərini bağlamağa çağırıb. Zelenskinin sözlərinə əsasən, “ruslar fəlsəfələrini dəyişməyənədək öz dünyalarında yaşamalıdırlar”.