Kaia Kalas Rusiya Federasiyasının Aİ-dəki daimi nümayəndəliyinin üzvlərinin sayının 40 nəfərə qədər endiriləcəyini bildirir
Aİ-nin Ali Nümayəndəsi Rusiya Federasiyasının Aİ-dəki daimi nümayəndəliyinin 40-a qədər endiriləcəyini bildirib. Bu barədə Kaia Kallas Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
“Bu gün Rusiyada insan haqlarının pozulmasına görə daha çox şəxsə sanksiya tətbiq etdik. Həmçinin Rusiya Federasiyasının Avropa İttifaqındakı daimi nümayəndəliyinin sayını maksimum 40 nəfərə qədər endirmək qərarına gəldim. Diplomatik səlahiyyətlərdən sui-istifadəyə dözməyəcəyik və yüz minlərlə keçmiş rus əsgərinin Şengen zonasına girməsinin qarşısını almaq üçün Komissiya ilə birlikdə çalışırıq. Küçələrimizdə müharibə cinayətkarları və təxribatçıların gəzməsini istəmirik”, – Kalas deyib.