Kaia Kalas - İsrailin reaksiyası həddindən artıq sərt idi, Livanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır
İsrailin reaksiyası həddindən artıq sərt idi, Livanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır, – bu barədə Aİ-nin Ali Nümayəndəsi Kaia Kalas bildirib.
Kalasın dediyinə görə, diplomatiya Livanın xaosa düşməsinin qarşısını almağın ən yaxşı yoludur.
“Hizbullahın İranı dəstəkləmək üçün İsrailə hücum etmək qərarı bütün regionu təhlükəyə atır və münaqişəni daha da alovlandırır. İsrailin beynəlxalq hüquqa əsasən özünümüdafiə hüququ var. Eyni zamanda, İsrailin reaksiyası həddindən artıq sərt idi. Onların cavab tədbirləri əhalinin kütləvi məcburi köçünə səbəb olur və onsuz da kövrək olan vəziyyəti daha da gərginləşdirir”, – deyə Kalas bildirib.
Aİ-nin Ali Nümayəndəsi qeyd edib ki, Livanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır.