Kaia Kalas bildirir ki, Avropa İttifaqı “Azadlıq Radiosu”nun amerikan maliyyəsini avtomatik olaraq əvəz edə bilməz

21:02, 17.03.2025

Avropa İttifaqının Ali Nümayəndəsi Kaia Kalasın bildirdiyinə görə, ABŞ-ın Azadlıq Radiosunu maliyyələşdirməsini dayandırması təəssüf doğurur, hərçənd, Avropa İttifaqının avtomatik olaraq amerikan maliyyəsini əvəz edə bilməyəcəyini deyir.

Kaia Kalas bu barədə Brüsseldə Xarici İşlər Nazirlərinin ministerialından sonra keçirilən mətbuat konfransında bildirib.

Onun dediyinə görə, qeyd olunan məsələ nazirlərin bugünkü iclasında müzakirə olunurdu. Kalasın qeyd etdiyi kimi, Avropa İttifaqı nə edə biləcəyini düşünür.

“O, demokratiyanın mayakı idi və bu baxımdan çox dəyərli idi. Əlbəttə, ABŞ-ın maliyyələşdirməni dayandırmasını eşitmək təəsüf doğurucudur. İndi bizim üçün sual budur ki, ABŞ-ın buraxdığı boşluğu öz maliyyəmizlə doldura bilərikmi? Bu sualın cavabı odur ki, biz bunu avtomatik edə bilmərik, çünki eyni xahişlə bizə müraciət edən çoxlu təşkilat var, amma həqiqətən də xarici işlər nazirləri tərəfindən bu məsələni müzakirə etmək və bir yol tapmaq üçün təkan var idi. Beləliklə, bu, bizim tərəfimiz üçün bir tapşırıqdır, görək nə edə bilərik”, – Kalas deyib.

Oxşar