Jurnalist Qela Mtivlişvili hücuma məruz qaldığını bildirir

11:08, 10.05.2026

Jurnalist Qela Mtivlişvili hücuma məruz qaldığını bildirir.

Mtivlişvilinin sosial şəbəkədə yazdığına görə, hücum nəticəsində üzü zədələnib və o, hücum barədə polisə bildirib.

“Efirdən çıxan kimi, SES-lərin lobbiçisi, “Gürcü Arzusu”nun “mozu”(küçə uşağı təfəkkürlü) elementi Marqebadze mənə hücum edib. Üzümdən xəsarət aldım. Polisə müraciət etdim. Cavab verəcək!” – Mtivlişvili “Facebook”da yazır.

Daxili İşlər Nazirliyi hələlik məsələ ilə bağlı şərh verməyib.

Oxşar