Tbilisidə davam edən cüdo üzrə Avropa çempionatında Luka Maisuradze (90 kq) qızıl medal qazanıb. Final görüşündə dünya çempionu Serbiya millisinin üzvü Nemanya Maydovu vazari ilə məğlub edərək karyerasında ikinci dəfə Avropa çempionu olub.
Luka Maisuradze 2026-cı il Avropa çempionatının finalına qədər Rim Fridman Zilberşteyn, İslam Sogenov, İvaylo İvanov və Aleks Kretse qalib gəlib.
Bu medal Avropa çempionatlarında Luka Maisuradze üçün dördüncü medaldır. O, ilk dəfə 2022-ci ildə çempion olub, 2019 və 2020-ci illərdə isə bürünc medal qazanıb.
2026-cı il qitə birinciliyində Maisuradze Gürcüstan nümayəndə heyətinə beşinci medalı qazandırdı. Eter Liparteliani (57 kq) və Laşa Şavdatuaşvili (73 kq) Avropa çempionları oldular, gürcü nümayəndə heyətinə Qiorqi Sardalaşvili (60 kq) və Tato Qriqalaşvili (81 kq) gümüş medallar qazandırdı.